Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi

17 - 19 may 2017 • Bakı Ekspo Mərkəzi

Səfərin təşkili » Otellər

RƏSMİ MEHMANXANALAR:


   
   Qafqaz Point Hotel
   Bakı Şəhəri, Yasamal Rayonu,
   K. Kazımzadə küç. 118, 560-cı məhəllə.


Qafqaz Point Butique Otel Gilan turizmin 5 ulduzlu otel olaraq sinifləndirilən Bakıdakı ən yeni otel layihəsidir. Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Otel 44 birnəfərlik, 26 superior, 3 junior suit və birdə lyuks olmaq üzrə 74 ədəd əla dekore edilmiş otaqdan ibarətdir. Konfrans zalı, spa mərkəzi, Naxçıvan açıq bufet restoranı və Panorama a la carte restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir. Bundan əlavə Qafqaz Point Hotel hava limanı transferi, həkim, ekskursiya, uşaq baxıcılığı, bilet satışı, 24 saat otaq xidməti və pulsuz kabelsiz internet xidməti göstərir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 510 7878
+994 12 537 0802
info@qafqazpointhotel.com
www.qafqazpointhotel.com

 



   Hyatt Regency Baku
   1033 Izmir küçəsi
   AZ1065 Bakl, Azərbaycan


 

Hyatt Regency Baku – müasir beşulduzlu mehmanxanadır və şəhər mərkəzinin yaxınlığında yerləşir, buradan hava limanına, aliş-veriş mərkəzlərinə və habelə tarixi memarlıq abidələri ilə seçilən İçərişəhərə rahatlıqla çata bilərsiniz. Mehmanxanamız eyni zamanda rahat və enerjili istirahət arzulayan koorparativ və asudə vaxtını səmərəli keçirmək niyyətində olan turistlərin əsrarənqiz seçimidir.
Hyatt Regency Baku 159 standart və lüks otaqlardan ibarət olan bir kompleksdir. Hyatt Sizə müasir və təbii rəng palitrası ilə təchiz olunmuş otaqlarda, şəhərin ən böyük fitness mərkəzi və hovuzu olan mehmanxananı təklif edir. Klab nömrələrdən istifadə zamanı xüsusi konsyerj xidməti və Klab biznes lounge-da Sizin xidmətinizdə olacaqdır.
Hyatt Regency Baku yüksək xidmət keyfiyyəti, dadlı təamları ilə seçilən qastronomiyası, gözəl və müasir tədbir zalları ilə, Sizin tədbirlərinizi yadda qalan və ən əsası uğurlu edəcək.


Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:

+994 12 496 1234
+994 12 490 1235
baku.hotels@hyatt.com
baku.regency.hyatt.com

 

 

Digər otellər


Anatolia Hotel ****

Baxmayaraq ki, otelimiz paytaxtın mərkəzində yerləşir, onu əhatə edən küçələr meqapolisin bütün səs-küyünü və ritmini udur.

Bura -  sizin nəhayət ki, şəhərin qarışıqlığından uzaq ola biləcəyiniz məkandır.

Otelin bütün otaqları aşağıdakı ləvazimatlarla təchiz olunub :

*iş zonası və istirahət zonası;

*ikili telefon xətti;

*yüksəksürətli və kabelsiz internet;

*istilik və soyutma sistemi;

*hamam ləvazimatları

*xalat *tərlik

*fen

*mini bar

Hovuz, sauna, idman zalı,həmçinin Avropa və milli mətbəx nümunələri ilə sizi heyrətlədirəcək restoran 24 saat xidmətinizdədir.

150-ə yaxın qonağı yerləşdirmə imkanına malik konfrans zalı da sizin ixtiyarınıza verilir.

Əgər siz  də sakitlik və rahatlığın fonunda yüksək keyfiyyət və əla xidmət axtarırsınızsa – onda Anatoliyaya xoş gəlmisiniz.

 

 

Astoria Baku Hotel ****

Hotel "Astoria Baku", Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 12

km və sərgi mərkəzi, Bakı EXPO-dan, 10 km məsafəsində yerləşir Şəhər

mərkəzindən, isə 3 km məsafədədir.

 

4 hektar ərazidə yerləşən hotelimiz, bir neçə bölümdən ibarətdi:

  • 4 yaşayış mehmanxana korpusu
  • 5 restoran (milli və dünya mətbəxi).
  • Kafe ilə Açıq hovuz (24 saat etibarınızda)
  • 17 коttec(xüsusi dayanacaqla və yaşıllıqla)
  • Spa və Fitness Center(həm ümumi hem ayrıca, bizim gözəl xanımlar üçün)
  • Futbol meydançası (təbii yaşıllıq otu ilə)
  • Açıq və örtülü avtomobil dayanacağı
  • Administrasiya binası
  • Toplantı zalları(100 nəfərlik böyük zal,60 nəfər üçün orta zal və 30 nəfər üçün nəzərdə tutulmuş zallarımız var.

 

Hotel aşağıdakı əlavə xidmətləri həyata keçirir:

  • Beynəlxalq hava limanına transfer və geriyə
  • Bakı şəhəri və Azərbaycan regionlarına səyahətinin professional qid
  • tərəfindən təşkili
  • Rent-A-Car ekonom və bizness-klass avtonəqliyyatlarının icarəsi(sürücü
  • ilə).
  • Tercüməçi və katibə xidmətlərinin təşkili.
  • Maşınların təmizlənməsi

 

 

Atropat ****

Atropat hoteli dənizsahili ərazidə, qədim Bakının ürəyi olan Içəri Şəhərdə yerləşir. Hotel aşağıda qeyd olunan turizm məkanları ilə əhatə olunub: Qız Qalası, Şirvanşahlar Sarayı, Xəzərin sahilindəki Milli Park, Musiqili fəvvarələr parkı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, “İçəri Şəhər” metro stansiyası. Təklif olunan xidmətlər:  Konfrans zalı, Siqaret çəkilməyən otaqlar, Şəxsi elektronik seyf, Beynəlxalq mətbəx, 24 saat otaqlara xidmət göstərilməsi, 24 saat səyahət turlarının sifarişi, Konserj, Çamaşırxana xidməti, Transfer, Avtomobil icarə xidməti, Restoran və ticarət mərkəzləri üzrə məsləhətlər, Turistik ekskursiya Uşaq yataq dəsti, Oyandırma xidməti.

 

 

Austin Boutique Hotel ****

 “Austin” mehmanxanası şəhərin tam mərkəzində yerləşir. Fəvvarələr Meydanına, Malakan Bağına və Dənizkanarı Parkına mehmanxanadan piyada çatmaq olar. Həmçinin Siz Bakının "İcəri Şəhər" tarixi və mədəni abidələrlə zəngin olan qoruğu ilə tanış ola bilərsiniz. Heydər Əliyev adına Beynəlxalq Hava limanı mehmanxanadan 25 km məsafədə yerləşir, aradakı məsafəni müasir üsulla döşənmiş yolla 30 dəqiqə ərzində getmək olar.

 

 

Azcot Hotel ****

Bakının ürəyində yerləşən Azcot Hotel məşhur Fontanlar Meydanı ilə Qədim Şəhər arasında, eləcə də şəhərin biznes, hökumət və incəsənət mərkəzlərindən piyada məsafədədir. Azcot  Hotelində müasir beynəlxalq xidmət standartlarına cavab verən yüksək sürətli internetlə tam təchiz edilmiş 40 gözəl və rahat otaq vardır. Bütün otaqlar öz təchizatı ilə istənilən dörd ulduzlu hotelin tələblərinə cavab verir. Azcot Oteli bir neçə müxtəlif növdə otaq təklif edir: Standart, Yarımlüks və Lüks otaqlar.

Bütün otaqlarda aşağıdakılar vardır:

  • Hava kondisioneri
  • Peyk televiziyası
  • Beynəlxalq çıxışı olan telefon
  • Pulsuz yüksək sürətli internetə çıxış
  • Minibar
  • Pulsuz kofe və çay paketləri
  • Saç fenləri
  • Gündəlik təmizlik xidmətləri 

 

 

City Mancion ****

“City Mansion” hotel kompleksi “Keppel Group” (Sinqapur Respublikası) daxil olan FELS Baku Ltd. kompaniyasına məxsusdur. City Mansion 46 otaqlı  4 mərtəbəli binadan, Restoran,

Karaoke barı və Sağlamlıq Mərkəzindən (Örtülü Hovuz, Sauna/cakuzi, Trenajor zalı, Oyun zalı və

 Bilyard zalı) ibarətdir.

Apartamentlərdə tam təchiz olunmuş mətbəx vardır. City Mansion qonaqlara qısa, orta və uzun

müddətli yüksək keyfiyyətli hotel xidməti göstərir. Hotel şəhər mərkəzindən 10 dəqiqəlik

 məsafədə sakit və mühafizə olunan ərazidə yerləşir.

 

 

The Crown Hotel Baku *****

Görkəmli Xəzər dənizinə və Bakı sahilinə mənzərəsi ilə açılan “The Crown Hotel Baku” mehmanxanası dünya standartlarına cavab verən, paytaxtımızın yüksək səviyyəli 5 ulduzlu mehmanxanaların sırasında uğurla addımlamaqdadır.

Mehmanxananın ümumilikdə 105 delyuks nömrə, VIP-Suite və 12 apartament yerləşdirmə şəraiti vardır. Mehmanxanada iş adamları və turist qonaqlarına yüksək səviyyədə xidmət göstərilməsi üçün müxtəlif şəraitlər - biznes mərkəzi, bir böyük və bir kiçik tədbir zalı, hovuz, fitnes, VIP və fərdi saunalar vardır. Restoranlar “Morning Star”, “La Grotta Bar”, “Vista” və “Moon Garden” Sizə unudulmaz istirahət imkanını bəxş edə biləcək.

 

 

Diplomat hotel ****

Azərbaycanın tarixi, işgüzar və əyləncəli Bakı şəhərində qədimi və klasik üslubunda tikilmiş Diplomat Otel Sizlərə azərbaycan qonaqpərvərliyini təqdim edir. 
Doqquz mərtəbədən və 37 otaqdan ibarət olan Diplomat Otel Bakı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına sarayın və Milli Bankın yanında yerləşir. 
Bir neçə dəqiqə ərzində Siz ticarət küçəsi, fəvvarələr bağı və tarixi mədəniyyətimizi təmsil edən qədim şəhərə çata bilərsiz. Bura abidələr toplusu, səfirliklər və ofislərin məkanıdır... 
Yüksək səviyyəli qulluq göstərərək biz öz qonaqlarımızın istirahətinin və rahatlığının qayğısına qalırıq. 
Azərbaycanın qədimi və gözəl gülşəsi olan Bakı şəhərinə etdiyiniz səfərin məqsədinə baxmayaraq Diplomat Otel Sizin səfərinizi səmərəli və mənalı edəcək.

 

 

Divan Express Baku Hotel ****

Azərbaycanın yeni görkəmini ifadə edən bir parlaq şüşə fasad ilə, Divan Express Bakı biznes və istirahət məqsədilə səyahətə gələnlər üçün nəzərə tutulmuş rahatlığı, mükəmməl xidməti və münasib qiyməti birləşdirən təklifi edir. Otel “ İki dövlət – bir xalq” kimi millətin qurucusu Heydər Əliyev tərəfindən açıqlanan Türkiyənin Azərbaycandakı qonaqpərvərliyi öhdəliyinin Divan marka standartlarını dəstəkləyir.

 

  • Divan otel zənciri – Azərbaycanda ilk türk markası
  • 62 otaq, 9-u lüks olmaqla, panoramik görüntü ilə şəhərə açılır
  • Tam təhcizatlı “Möminə Xatun” konfrans zalı
  • “Zümrüd” restoranı və “5 Hundred” disko barı  
  • Yüksək sürətli xəttsiz internet
  • 24 saat otağa xidmət
  • Dayanacaq xidməti
  • Gənclik və Nərimanov metrolarından 3 dəqiqə yol məsafəsində
  • “Metropark” və “Gənclik” ticarət əyləncə mərkəzlərindən 5 dəqiqə yol məsafəsində
  • Heydər Əliyev Hava Limanından tıxacsız 15 dəqiqəlik məsafə
  • Expo Mərkəzindən 14 km məsafədə
  • Shuttle mümkündür Expo Mərkəzinə gəzinti ilə

 

 

East Legend Panorama Otel ****

Çox böyük olmayan otel öz peşəkar servisi ilə sizə yaxşı vaxt keçirməyə imkan yaradacaqdır. Sizin xidmətinizdə açıq üzgüçülük hovuzu və Xəzər dənizinə çox gözəl görünüşü olan restoran olacaqdır.

Qeydiyyat şöbəsindən çıxdıqda siz Bakı buxtasının kiçik görünüşünə malik birinci terassanı görəcəksiniz. Terassanın yaxınlığında sauna və trenajor zalı, bir mərtəbə yuxarıda isə konfrans və biznes zalı yerləşir.

Otel mərkəzdən cəmi 5 dəqiqəlik məsafədə yerləşir.

 

  • Bütün otaqlar kondisioner və istilik sistemi, hamam və tualet, telefon, sputnik televizoru, mini bar, seyf və gündəlik təmizlənmə ilə təchiz olunmuşdur.
  • Sauna
  • Trenajor zalı
  • Konfrans və biznes zalı (30 nəfərlik)
  • Açıq üzgüçülük hovuzu
  • Transfer       
  • Camaşırxana            
  • Dənizə görünüşlü restoran
  • Müxtəlif şərab çeşidli kiçik bar
  • 24 saat mühafizə xidməti
  • Açıq dayanacaq xidməti
  • Pulsuz internet xidməti (Wi-Fi)

 

 

Emerald Hotel Bakı , Azərbaycan  ****

Biz sizə dörd-ulduzlu “Emerald”-lüks emerald elit istirahət təqdim edirik.

Biznes səyahətləri,idman,mədəni tədbirlər,ailəvi bayramları qeyd etmək üçün ideal məkan.

Otel qonaqlar üçün komfort və rahatlığı təmin edir bütün müasir texnologiya ilə təchiz olunub.

Gulerüz personal sizə yüksək seviyyədə xidmət göstərəcək və ev rahatligina qərq edəcək.

 

  • Bakı sərgi mərkəzinin yaxınlığında yerləşir
  • Dünya arena idman kompleksinin yaxınlığında yerləşən "Olimpiya stadionu" arena "bədii gimnastika"
  • Otel Heydər Əliyev adına Beynəlxalq hava limanina 10 dəqiqəlik düz yolda yerləşir
  • 71 geniş otaq, 18 otaq  -Standart klass, 46 otaq –Superior klass, 4 otaq - Executive Lux 3 otaq  -Junior Suite klass.
  • Restoran və Bar.
  • Hər otaqda Reqemsal televizor sistemi.
  • Wireless internet servis WI-FI.
  • Təhlükəsiz, mini-bar, iqlim nəzarət sistemi.
  • Marağlanan hər kəs üçün cənnət Fitnes mərkezi.
  • Müasir qapalı hovuz,hamam,sauna.
  • 40 nəfərlik konfrans otağı təmin edir.
  • Dayanacaq.

 

 

Grand Hotel ****

Grand Hotel, Bakının mərkəzində qonaqlarına özlərini evlərindəki kimi rahat hissetmələri üçün  onlara proffesional və əvəzsiz xidmətlə birliktə yüksək standartlara uyğun  qonaq qarşılama  imkanı yaradir.Azneft pr. Dəniz kənari park 10 dəqiqəlik məsafədə yerləşir,H.Aliyev beynalxalq hava limanina ise 25 dəqiqəyə maşınla yetişə bilərsiniz

Dilediyiniz kimi istirahət edebileceginiz Standart ve Junior Suit olmaq uzre birlikdə 47 otağimiz mövcuddur. Modern tərzdə bəzədilmiş otaqlarımız kondisioner, LCD televizor ve mini bar ilə tehciz edilmişdir.

Səhər yeməyi, nahar  ve axsam yemeyinizi 24 saat açiq olan restoranımızda  nuş edebilərsiniz.Açık bufet olaraq size təqdim olunan zengin səhər yeməyi menyumuzdan dadmalisiniz. Restoran menyumuzda Azerbaycan ve Dunya mətbəxindən leziz yemekleri sifariş ede bilərsiniz. Ayrica Barimizda məhşur  kokteyilleri dadib, yaxin insanlarınızla  xoş zaman keşirəbilərsiniz.

Əsas xidmətlərimiz:

  • Restoran
  • Bar
  • Lobby Bar
  • 24 saat otaq servisi
  • Laundry xidməti
  • Ödənişsiz Wi-Fi

 

 

Grand Hotel Europe *****

Hər cür şəraiti olan bu beşulduzlu otel həm işgüzar adamlar, həm də turistlər üçün gözəl seçimdir. Otelin bütün rahatlığı və şəraiti olan 75 otağı var. Oteldə 24 saatlıq otaq servisi mövcuddur. Əla təchiz olunmuş “Baku Ballroom”, “Kura Room”, “Araz Room” və “Grand Europe Exhibition centre” müxtəlif tədbirlərin, konfransların, seminarların, sərgilərin və böyük şənliklərin keçirilməsi üçün ideal yerdir. Qonaqlar dünya mətbəxinin yeməkləri verilən “Caviar Restaurant”da rahat mühitdə dincələ bilərlər. “Caspian Bar” sizə geniş çeşiddə içkilər təklif edir.

Yorğun iş günündən sonra bizim kardio idman, həmçinin güc hərəkətləri üçün olan yüksək keyfiyyətli avadanlıqla təhciz olunmuş “Olympus” idman mərkəzinə dəvət edirik. Mərkəzin həmçinin Saunası və Türk hamamı qonaqların xidmətindədir. Yüksək səviyyədə əylənmək üçün sizi bizim yeni təmirdən çıxmış “Capones’” gecə klubuna dəvət edirik.

 

 

Hotel Hale Kai *** 

“Hale Kai” otelində müasir beynəlxalq xidmət standartlarına cavab verən yüksək sürətli internetlə tam təchiz edilmiş 23 gözəl və rahat otaq vardır.

Otelimiz aşağıdakı xidmətləri təklif edir:

  • Səhər yeməyi müxtəlif cür isti və soyuq yeməklər, içkilər, təzə sıxılmış meyvə şirələrindən və s. yeməklərdən ibarətdir. Bufet səhər saat  06:00-dan  10:00-dək acıqdır.
  • Bütün otaqlarda yüksək sürətli İnternet xidməti və Wi-Fi
  • Çoxkanallı televiziya peyki
  • Mini-bar
  • Elektron seyf-qutu
  • Gündəlik otaq təmizlənməsi
  • Quru təmizləmə
  • 24/7  otaq xidməti
  • 24 saat ərzində təhlükəsizlik xidməti
  • Konfrans otağı (proyektor və monitor)
  • Kinofilmlər kitabxanası
  • Əsas kredit kart növləri qəbul edilir

 

 

Modern Otel****

Bakı Modern oteli  işgüzar  və asudə vaxt üçün Bakıya  səfər edənlər üçün dörd ulduzlu dəbdəbəli  oteldir. Bakı şəhərinin mərkəzində Mirəli Qaşqay küçəsində yerləşmiş  Modern oteli Bakı Beynəlxalq hava limanı, əsas bazarlıq əraziləri və Bakının əsas ticarət ofisləri ilə tez əlaqə yaratmağa imkan verir.

Sayı 67 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl otaqlarda və dəbdəbəli süitlərdə lüks oteldən gözləyə biləcəyiniz bütün müasir rahatlıqlar təmin olunur.Bütün otaqlarda fərdi iqlim nəzarəti funksiyalı mərkəzi kondisioner sistemi var.   

Bu zərifliklə bəzədilmiş, səciyyəvi Avropa mövzusu olan otaqlar genişdir, kral və yaxud qoşa yataqları var və hər birinin bir  və ya iki oturacaqlı divanı var. Bütün otaqlar kondisionerlərlə, yüksək sürətli internetə keçid, beynəlxalq kanallı TV kabeli, seyf və minibar ilə idarə olunur. Dəbdəbəli  quraşdırılmış vanna otaqlarının jakkuzisi, bide və hamam xalatları var. Otelin  əlavə xidmətlər silsiləsinə çox  ölçülü konfrans otaqları, içəridə yerləşən Sauna, Cakuzi, fitnes mərkəzi və 24 saat ərzində ziyarətçinin bütün ehtiyaclarını hərtərəfli təmin edən  Konserj daxildir.

Modern oteli  ənənənəvi, Türk, Avropa və Azərbaycan mətbəxdindən məftun edici kulnariya ləzzətləri  təklif edir.

 

 

Premyer Otel ****  

Bakının mərkəzində sizə Azəri xalqına xas olan ənənəvi böyük qonaqpərvərlik göstəriləcəyindən əmin ola biləcəyiniz sakit bir məkan vardır. Şəhərin sakit küçələrindən birində yerləşən və Milionerlər Klubu kimi tanınan Premyer Otelinin yaxınlığında gəzərək gedə biləcəyiniz bir çox yeməkxanalar, mağazalar və əyləncə mərkəzləri, həmçinin mərkəzi futbol meydançası yerləşir. Qonaqlar üçün oteldə hava limanına və şəhər daxili digər yerlərə müntəzəm nəqliyyat xidməti təşkil edilir. Otaqlar 24 saat ərzində servis ilə təmin olunur və bir çox dillərdə səlis danışmaq bacarığına yiyələnmiş işçi heyəti qonaqların xidmətində dayanır.  

Otelin 20 ədəd dəbdəbə ilə bəzənmiş otaqları bütün zəruri şərtlərlə, o cümlədən internetə geniş xəttli ödənişsiz naqilsiz giriş, yüksək keyfiyyətli kanallar yayan pulsuz kabel televiziyası, iqlimə nəzarət, mini-bar, fen və otaq-daxili seyflər ilə təchiz olunmuşdur. Adi otaqlardan əlavə, qonaqlar otelin Təmtəraqlı bir və ya iki otaqlı Mənzillərini və ya Çoxotaqlı Premyer Mənzillərini seçə bilərlər.

 

 

Qafqaz  Baku  City Hotel  & Residences Bakı, Azərbaycan  ****

Bakıda  yeni açılmış dörd ulduzlu ən böyük ,  otel öz füsunkar və zərif tərtibatı ilə qonaqlarımız üçün mükəmməl bir seçimdir.  Şəhərin dinamik mərkəzində yerləşən otelimiz istər biznes istərsə də , istirahət üçün gələn qonaqların rahat məkanıdır.  Lüks, zəriflik, rahatlıği özündə birləşdirən Qafqaz  Baku City Hotel  & Residences yüksək təlimli işçi heyəti və qonaqpərvərliyi ilə sizin səfərlərinizi unudulmaz edəcək . 

  • Bakı Ekspo Mərkəzinə ən yaxın 4 ulduzlu beynəlxalq mehmanxana
  • Bakının iş güzar bölgəsində yerləşir
  • Xəzər dənizi və Bulvara bənzərsiz mənzərəsi olan 316 müasir otaq və 9 ədəd resedensiya
  • Tam təhcizatlı biznes mərkəzi
  • Restoranlar və barlar
  • Geniş foyeli 340 kv.m. ölçüdə rahat banket zalı
  • Yüksək sürətli xəttsiz internet
  • 24 saat otağa xidmət
  • Dayanacaq xidməti. 80, 60 və 20 maşinlar üçün yerlər
  • Heydər Əliyev Hava Limanından 15 dəqiqəlik məsafə

 

Qafqaz  Baku  City Hotel  & Residences sizləri gözləyir…

 

 

Qafqaz Park Hotel ****

Qafqaz Park Hotel Azərbaycanın ən böyük otel şəbəkəsi olan “Qafqaz Hotels & resorts” şəbəkəsinin son istifadəyə verilmiş otelidir. Otel çox gözəl mövqedə şəhər mərkəzinə çox yaxın məsafədə (3-5 km) və eyni zamanda H.Əliyev adına beynəlxalq hava limanından 10-15 dəqiqəlik məsafədə yerləşir.

Qafqaz Park Hotelin qüsursuz dizaynla qurulmuş  49 standart,2 superior və 1 kin suit otağı var. Bütün otaqlar 1 “French” və ya 2 “twin” yataqla, kondisionerlə, müxtəlif telekanallara baxmaq imkanı yaradan LVD televizorla, İnternet bağlanyısı, şifrəli seyf, minibar və telefonla təchiz edilmişdir.

Qafqaz restoranı yerli və dünya mətbəxinin ləziz təamları ilə sizin xidmətinizdədir.

Bizim “Musado vəhşi təbiət” şirkətimiz sizlər çün dünyanın müxtəlif ölkələrində ovçuluq turları təşkil etməyə qadirdir. Biz həm peşəkarlar, həm də həvəskarlar üçün ovçuluq turları təşkil edirik. Bizim ovçularımız size istənilən vəziyyətdə başa düşəcək və köməklik göstərəcək. Biz eyni zamanda  xarici ovçuluq təsərrüfatları ilə əməkdaşlıq edirik. Biz Azərbaycanda yaşayan və ya işləyən ov həvəskarları üçün ovçuluq turları təşkil edə bilərik. Siz hansı istiqamətdə və hansı növ ovçuluğa üstünlük verdiyinizi özünüz seçirsiniz. Ovçuluqdan əldə etdiyiniz qənimətləri apararaq siz fəxrlə dostlarınıza və başqa ovçulara göstərə bilərsiniz. Siz həmçinin kiçik oyunla ovçuluq qabiliyyətinizi də yoxlaya bilərsiniz.

 

      Siz aşağıdakı ovçuluq növlərini seçə bilərsiniz:

  • Balıqçılıq
  • Ovçuluq
  • Laçın ovu
  • Nizə ilə balıq tutma
  • Dağ ovçuluğu
  • Bizim həmçinin aşağıdakı xidmətləri göstərən sağlamlıq mərkəzimiz fəaliyyət göstərir6
  • Hovuz
  • Sauna
  • Türk hamamı
  • Massage

        Bizim həmçinin heyrətamiz dizayna malik,10-60 nəfərlik toplantı  və banketlərin təşkili üçün nəzərdə tutulmuş konfrans zallarımız fəaliyyət göstərir. Texnalogiyanın rahatlığı və yüksək keyfiyyətli xidmət sizin xüsusi günlərinizi zövqlə keçirməyinizə şərait yaradacaq.

 

 

Qafqaz Point Hotel *****

Qafqaz Point Butoque Otel Gilan turizmin 5 ulduzlu otel olaraq sinifləndirilən Bakidaki ən yeni otel layihəsidir. Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi həyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.

 

Otel 44 birnəfərlik, 26 superior, 3 junior suit və bir delyuks olmaq üzrə 74 ədəd əla dekor edilmiş otaqdan ibarətdir. Konfrans zalı, spa mərkəzi, Naxçıvan açıq bufet restoranı və Panorama a la carte restoranı müştərilərini bütün zəruri xidmətlərlə təmin edəcək şəkildə dizayn edilmişdir. Bundan əlavə Qafqaz Point Hotel hava limanı transferi, həkim, ekskursiya, uşaq baxıcılığı, bilet satışı, 24 saat otaq xidməti və pulsuz kabelsiz internet xidməti göstərir.

 

 

Riviera Mehmanxanası ****

Riviera Mehmanxanası Bakının mərkəzində, Xəzər dəniz limanının yaxınlığında, əsas alış –veriş mərkəzlərinə və ticarət ofislərinə 10 dəqiqə uzaqlıqda yerləşir.

Mehmanxana qonaqlara 20 otaq təqdim edir.

Gozel deniz menzereli restoran

Konfrans zal movcuddur.

Siqaretçəkənlər üçün otaqlar ancaq sorğu ilə təqdim olunur.

Bütün otaqlar da:

Seyf və fen

İndividual havalandırma sistemi

Rahat iş masası

Birbaşa telefon xətti

Cox kanallı plazma TV

Yüksək sürətli simsiz İnternet xətti

Mini bar

24 saat otaq xidməti

Axşam servisi

 

 

Safran Hotel ****

Safran oteldə 2 növ olmaqla (standard və Deluxe) 49 otaq vardır. Otaqların ölçüsü 25kv.m dən 47kv.m dək dəyişir. Bütün otaqlar tam təchiz olunmuşdur və otelin hər bir yerində ödənişsiz WI-FI xidməti mövcuddur. Bütün yataq otaqları rahat və göz oxşayan mebellər dəstləri ilə bəzədilmişdir. Biz. bu otaqlar da sizə rahat və xoş istirahətin zəmanətini veririk.

Rahatliğınızı ən yüksək səviyyədə təmin etmək üçün bütün otaqlarda:

  • Fərdi nəzarətli soyutma sistemi (Individual climate control)
  • Seyf
  • Fen
  • LCD ekran  TV
  • Xalat & tərlik
  • Birbaşa çıxışı olan telefon xətti
  • Qapılarda kart kilid sistemi vardır.

 

Bütün qonaqlarımız yüksək sürətli internetdən ödənişsiz istifadə edə biləcəklər  və otaq  qiymətinə daxil olan səhər yeməyindən həzz alacaqlar.

Qonaqlarımızın istəyinə uyğun olaraq siqaret çəkilən və siqaret çəkilməyən otaqlar təklif edə bilərik.

Safran Hotel sizin şirkətinizin  korporativ görüşləri və seminarları üçün hər cür lazımi şəraiti yaratmışdır.

Safran otel Bakı şəhərinə iş və ya istirahət üçün səfər edən qonaqlara iki müxtəlif hissi yaşadan luks bir oteldir; milli adət-ənənəli Azərbaycan və əsrarəngiz Avropa. Safran oteldə siz dəb dəbə və zərfiklik tapacaqsınız.

 

 

Sun Rise Hotel

"Sun Rise" oteli, hava limanından 20 dəqiqəlik məsafədə Bakı şəhərinin sıx məskunlaşmış mərkəzi hissəsinə çox yaxın bir məkanda yerləşir. “Sun Rise” otelininin dizaynı klassik və avanqard üslublarında tərtib edilmişdir. Otelin müsafirləri üçün otaqlarda yüksək rahatlıq nəzərdə tutulmuşdur. Bizim otelin xidmətlərinə 20 otaq üçün telefon, musiqi, təhlükəsizlik, televizor dəsti, kabel televiziyası, vanna otağı, mərkəzi hava təmizləyicisi, saç qurudanın təchiz edilməsi daxildir.

 

 

Ramada Hotel & Suites Baku *****

Şəhərin mərkəzində olan, Hotel "Ramada Hotel & Suites Baku", Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 12 km və sərgi mərkəzi, Bakı EXPO-dan, 10 km məsafəsində yerləşir.

Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.

Hotel 20 Standart Otaq, 18 Superior, 25 Junior Suite, 9  Suite,  4 duplex otaqlar və məhdud məsuliyyətli olan şəxslər üçün 1 otaq, olmaq üzrə  77 ədəd əla dekor edilmiş otaqlardan, ibarətdir.

Konfrans zalı, spa mərkəzi, “Şamdan”  “a la carte”  restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir.

Oteldə Bütün otaqlar Aşağıdakı avadanlıqlarla təchiz olunur:

* 42 dyümlü plazma  ekran TV, kanallarının geniş seçimli  kabel və peyk TV

 * iş zonası və istirahət zonası

* ikili  telefon xətti

* yüksək sürətli və simsiz İnternet

* istilik və soyutma sistemi

* fərdi hava filtrasiya

* hamam və gigiyenik  aksesuarları

* xalat, tərlik

* fen, ütü və ütü masası

* mini-bar, çay və qəhvə ləvazimatları

* seyf

* Qeyri-allergik yastıq, uşaqlar üçün çarpayı  və (xahiş üzrə) əlavə çarpayı

* 24 saat otaq xidməti

* Açılan pəncərə və eyvan,  təmiz havaya  baxan

Bizim "Green Konfrans Salonunda", konfrans zalı tam son texnologiya ilə təchiz olunub.

Bundan başqa, "Ramada Hotel & Suites Baku" hava limanı transfer, tibbi yardım, turlar, bilet, otaq xidməti bir servis kimi xidmətləri təklif edir.

Xəbərlər

Bütün xəbərlər