Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi

16 - 18 may 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Ipack Caspian - İşarələmə və etiketləmə avadanlıqlarının xüsusiyyətləri

İşarələmə və etiketləmə avadanlıqlarının xüsusiyyətləri
18.05.2017

Xəbərlər

Ceyhun Fərzəliyev, “Global Printing” şirkətində Avadanlıqların satışı departamentinin rəhbəri

– Biz “Ipack Caspian 2017” sərgisi çərçivəsində işarələmə sahəsində dünyada lider olan  Böyük Britaniyanın “Domino” şirkətinin distribyuteri - “Arcon” şirkətini təqdim edirik. Bizim avadanlıqlar istehsal zamanı işarələmə və identifikasiya məlumatlarını qeyd etməyə imkan verir. Şirkətin 25 illik fəaliyyəti ərzində mütəxəssislərimiz peşəkar işarələmə avadanlıqlarının bütün spektrini mənimsəyiblər. Biz sərgidə ikinci dəfə iştirak edirik və bizi tam qane edən nəhəng şirkətlərin nümayəndələri, sifarişçilər ilə görüşlər keçiririk!

Biz bu gün stendimizdə sənaye sektorları üçün ən qabaqcıl işarələmə və etiketləmə avadanlıqlarını təqdim edirik. Biz yerli bazarda təxminən on ildir ki, bir sıra yerli şirkətlər, şirə və süd məmulatlarının istehsalçıları, eləcə də digər şirkətlərlə əməkdaşlıq edirik. Biz həmçinin qutuların və məhsul qablaşdırmalarının yapışdırılması üçün (məkan itkisi və əl əməyindən istifadədən çəkinməyə imkan verən) müasir texniki üsullardan istifadə edirik.

Bundan başqa, biz tökmə məhsullarla işləmək (ələmək və s.) üçün mikser tipli texniki avadanlıqlar da təklif edirik. Eksponatlarımız arasında köhnəlmiş kabellərin rekonstruksiyası üçün orijinal texnologiya nümayiş olunur.


Xəbərlər

Bütün xəbərlər